ABŞ-də milyarderdən universitetə tarixi ianə: Üç milyard dollar bağışladı

1-10-2026, 15:38           
ABŞ-də milyarderdən universitetə tarixi ianə: Üç milyard dollar bağışladı
"Citadel" investisiya şirkətinin rəhbəri Kennet Qriffin Pensilvaniya ştatında yerləşən Karneqi-Mellon Universitetinə rekord məbləğdə - 3 milyard dollar ianə edib.

Bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, bu, ABŞ ali təhsil tarixində universitetə edilən ən böyük birdəfəlik ianədir.

Kennet Qriffinin ianəsinin əsas hissəsi Mayamidə yeni kampusun yaradılmasına yönəldiləcək. Söhbət 2028-ci ildə fəaliyyətə başlaması planlaşdırılan kampusdan gedir. Burada 3 500-dən çox tələbənin təhsil alması nəzərdə tutulur.

Vəsaitin digər hissəsi isə Karneqi-Mellon Universitetinin kompüter elmləri fakültəsinin inkişafına və universitetin digər prioritet ehtiyaclarının maliyyələşdirilməsinə yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]