Filosofa görə bir dövlətdə ki, vergilər durmadan qalxır, demək ki, çöküşə gedir

1-10-2026, 09:34           
Filosofa görə bir dövlətdə ki, vergilər durmadan qalxır, demək ki, çöküşə gedir
Məşhur ərəb filosofu İbn Xaldun var. XIV əsrdə yazdığı “Müqəddimə” əsərində çox məşhur bir iqtisadi-siyasi fikir irəli sürür. Bu fikir hazırda dünya iqtisadçıları tərəfindən sevilən müzakirədir.
Xaldunun fikrini sadələşdirərək belə ifadə etmək olar:
Dövlət yeni qurulanda vergi dərəcələri aşağı olur. Yeni dövlətin yeni hökmdarları xalqa xoş gəlmək üçün onları sıxmır. Aşağı vergi insanları kənd təsərrüfatı, ticarət və istehsalla məşğul olmağa həvəsləndirir. İqtisadi fəaliyyət artdıqca dövlətin ümumi vergi gəlirləri də yüksəlir.
Zaman keçdikcə dövlətin xərcləri, sarayın dəbdəbəsi, ordunun və məmurların saxlanma xərcləri artır. Dövlət daha çox gəlir əldə etmək üçün vergiləri yüksəldir və yeni vergi növləri tətbiq edir.
Lakin vergi yükü həddən artdıqda insanların və sahibkarların iqtisadi fəallığı azalır. İş adamları ölkədən qaçır. Nəticədə vergi dərəcələri yüksəlsə də, dövlətin topladığı ümumi vergi gəliri azalır.
Filosofa görə bir dövlətdə ki, vergilər durmadan qalxır, demək ki, çöküşə gedir.
İbn Xaldunun əsrlər əvvəl yazdığı bu fikri müasir iqtisadiyyatlarda da müzakirə etmək mümkündür. Avropa və Amerikada vergilərin yüksək olması ilə yanaşı, müxtəlif sahələrə və istehlaka çoxsaylı əlavə vergi və ödənişlər də tətbiq olunur.
Digər tərəfdən, Çin, BƏƏ və son illərdə sürətlə inkişaf edən Hindistan kimi ölkələr daha aşağı vergi yükü, investisiya təşviqləri və biznesə dəstək siyasətləri ilə fantastik iqtisadi artımı var.
İl ərzində Aİ ölkələrində təxminən 300 mindən çox şirkətin müflislik proseduru qeydə alınır. Bir o qədəri Pekində, Dubayda, Sinqapurda, Dehlidə açılır.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]