Yaxşı, bizim yüksək ixtisaslı mütəxəssilərimizə niyə vergi güzəşti olmamalıdır ki?!
1-10-2026, 00:05
Yeni qaydalara görə yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək – lap yaxşı, məntiqi budur ki, ölkəyə yüksək təhsilli, ixtisaslı, əsasən də İT sahəsində olan mütəxəssislər gəlsin. Amma, bəlkə onlardan kimsə öz maşını ilə gəlmək istədi, sərhəddi də hamı üçün açın ki, gələ bilsinlər də. Yaxşı, bizim yüksək ixtisaslı mütəxəssilərimizə niyə vergi güzəşti olmamalıdır ki?! Ümumiyyətlə, dəlmə-deşik olan, məntiq ardıcıllıöı itən, son 6 ildə 2000 dən çox əlavə və dəyişikliklər edilən vergi məcəlləsi niyə sadə dildə yenidən yazılmır?! Bu nə isrardır – hər il onlarla əlavə və dəyişikliklər edilir, kələfən ucu da itib, belədirsə, məntiqli, sadə və biznes-dostu yeni məcəllə niyə qəbul edilmir?! Natig Jafarli