Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edilib

30-09-2026, 09:12           
Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edilib
Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eyni zamanda Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul çıxarılması qadağan edilib.

Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Sənədə əsasən, fiziki şəxslərə Rusiyadan qeyd olunan ölkələrə 1 milyon rubldan artıq nağd Rusiya valyutası aparmaq qadağandır.

Məhdudiyyətlər hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq tətbiq edilir.

Fərmanda bir sıra istisnalar da nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Rusiyada fiziki şəxslər üçün nağd rublun ölkədən çıxarılmasına dair limit 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmişdi. Həmin məhdudiyyətlər Azərbaycan, Tacikistan və Özbəkistana şamil olunmurdu. Yeni fərmanla bu ölkələr də məhdudiyyətin əhatə dairəsinə daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]