Finlandiya məktəbində yeməklər pulsuzdur. Məktəb yeməkxanasında İsveç stolu təşkil olunub.

29-09-2026, 10:34           
Finlandiya məktəbində yeməklər pulsuzdur. Məktəb yeməkxanasında İsveç stolu təşkil olunub.
Yəni uşağa istədiyi qədər yemək götürməyə icazə verilir. Vegetarianlar və allergiyası olanlar üçün qlutensiz,laktozasız xüsusi yeməklər olur. Təkcə altı növ çörək növü olur.
Bundan əlabə:
1. Finlandiya təhsili pulsuzdur. Və qalan hər şey — nahar, ekskursiya gəzintiləri, məktəb ləvazimatları də pulsuzdur. Əgər şagirdlər məktəbdən 2 kilometrdən çox məsafədə yaşayırlarsa, onları məktəb avtobusu ilə məktəbə və evə aparırlar. Bütün bunlar dövlət tərəfindən ödənilir: ümumi ölkə büdcəsinin 12,2%-i təhsilə ayrılır.
2. Finlandiyada qiymət sistemi 10 baldır, amma Finlandiya məktəbində 3-cü sinifə qədər uşaqlara qiymət verilmir. 3-cü sinifdən 7-ci sinfə qədər isə qiymət şifahi verilir: "orta "dan və “əla"ya qədər. Öz balını isə yalnız məktəbli özü bilir. Qiymətə görə usagı təhqir etmək qəbul edilmir. Burada bal sistemi uşağın biliklərini inkişaf etdirmək və fərdi tədris proqramını tənzimləmək və həvəsləndirmək üçün istifadə olunur.
3. Hər bir şagirdə fərdi yanaşma var
Burada şagirdlər bir dərsdə mürəkkəb və müxtəlif tapşırıqları bacardıqları qədər yerinə yetirə bilirlər. Müxtəlif fiziki və zehni qabiliyyətə malik uşaqlar birlikdə öyrənirlər. Əgər uşaq bunu bacarmırsa və digər uşaqlardan geri qalırsa,onda müəllimlər onun üçün fərdi dərslər təşkil edir. Bundan əlavə, immiqrant uşaqlar üçün ana dili kimi digər fənnlər də tədris olunur.
Burada belə hesab edirlər ki, əgər şagirdin dərsə marağı yoxdursa,onda o özü üçün faydalı olanı seçə bilər.Məs; - kitab oxumaq və ya tikiş.
4. Finlandiya məktəblərində məktəbli forması yoxdur. Məktəbə istədiyiniz hər şeydə gedə bilərsiniz: geyim tələbləri yoxdur.
5. Burada uşaqların məktəb partasında oturması məcburi deyil. Onlar dərs zamanı yerdə də otura bilərlər. İsti havalarda dərslər açıq havada, məktəbin yanındakı çəmənlikdə, amfiteatr şəklində qurulmuş xüsusi yerdə keçirilir.
6.Ev tapşırığına çox az yer verilir. Finlandiya müəllimləri hesab edirlər ki, uşaqlar sinifdən kənarda dərslə deyil,vaxtlarını valideyinləri ilə keçirməli və istirahət etməlidirlər. Ev tapşırığı maraqlı ola bilər: məsələn, tarix dərsində müəllim 50-ci illərdə ölkədə həyatın necə olduğunu öyrənmək və o zamanla müasir həyat arasındakı fərqləri müqayisə etmək üçün şagirddən öz nənəsindən və ya babasında müsahibə götürməyi xahiş edə bilər..
7. Burada ümumiyyətlə heç bir imtahanlar yoxdur
Finlandiya müəllimləri deyir: "Şagirdi ya həyata , ya da imtahana hazırlaşdırmaq lazımdır. Biz birincini seçirik.” Ona görə də Finlandiya məktəblərində imtahan keçirilmir. Müəllimlər öz mülahizələri ilə sınaq imtahanı keçirməkdə sərbəstdirlər. Ancaq 16 yaşında orta məktəbi bitirdikdən sonra standart test məcburi sayılır.
8. Burada onlar ancaq həyatda faydalı olanı öyrədirlər. Burada uşaqlara öyrədilən əsas şey öyrənmək və yeni, daim dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır.
9. Bütün məktəblər eyni dərəcədə yaxşıdır. Finlandiyada məktəb seçmək qəbuledilməzdir, hər kəs evinə ən yaxın olana gedir. Burada "elit" məktəblər yoxdur, hamısı eynidir: uşaq harada yaşayırsa, ixtisaslı müəllimləri, keyfiyyətli öyrənmə materialları və hərtərəfli qidalanması olan təhsil ocağına çıxışı var.
10. Finlandiya məktəblərində məktəbdə gecələməklə əyləncə gecələri keçirilir. Bəzən uşaqlar yataq çantasını götürüb gecəni məktəbdə müəllimlərinin yanında qalırlar - kinoya baxırlar, oyun oynayırlar,müxtəlif tədbirlər keçirirlər və idman zalında yatırlar.
Qeyd. Finlandiya insan inkişafı indeksinə görə dünyada birinci yerdədir. Bu ölkə həm də “Dünyanın ən xoşbət ğlkəsi”siyahısında da birinci pillədə qərarlaşıb.
Elsad Safarov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]