Köhnə başçı nazir postunda BÖYÜK VƏDLƏR VERİR... - Amma köhnə postunda...
29-09-2026, 00:09
Bu sözlərə inanırsınızmı? Naxçıvanın yeni təhsil naziri Ovni Muradov sentyabrın 28-də kollektivə təqdim olunub. O, qarşıya qoyulan vəzifələri dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında yerinə yetirəcəyini bildirib. Bəzi sakinlər isə yeni nazirin bu vədinə şübhə ilə yanaşırlar. Onlar Muradovun Babək Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi dövrdə korrupsiya, mənimsəmə, rüşvət və süründürməçilik iddiaları səsləndiriblər. Rayonda işləyən rəssamlardan biri də “Gündəlik Naxçıvan”a bildirmişdi ki, icra hakimiyyətinin sifarişi ilə hazırladığı 218 portretə görə 7 800 manat alacağını aylarla ala bilməyib. Onun sözlərinə görə, Muradova dəfələrlə müraciət etsə də, nəticə olmayıb.