“Rahat” marketlər şəbəkəsi 10 dəfə eyni qanunu pozdu – AGENTLİK HƏR DƏFƏ TƏDBİR GÖRDÜ

29-09-2026, 00:05           
“Rahat” marketlər şəbəkəsi 10 dəfə eyni qanunu pozdu –
“Rahat” supermarketlər şəbəkəsini idarə edən şirkət - “ANC Group” MMC 2023-2025-ci illərdə eyni qanun pozuntusunu 10 dəfə təkrarlayıb.

"DİA-AZ" xəbər verir ki, söhbət qida və ya qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı olub.
Bununla bağlı, Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi MMC-yə protokollar tərtib edib. Belə ki, şirkət 2023-cü ildə 2 dəfə, 2024-cü ildə 2 dəfə, 2025-ci ildə 5 dəfə qida və 1 dəfə qeyri-qida məhsullarını üzərindən göstərilən qiymətdən baha satıb.

MMC haqqında tərtib edilmiş protokollar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən tərtib edilib.

Şirkət malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi ilə cərimələnib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir. Bu maddəyə görə, fiziki şəxslər 350 - 500 manat məbləğdə, vəzifəli şəxslər 1 500 - 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 - 6 000 manat məbləğdə cərimə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]