Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi - NƏ BAŞ VERİR?

25-09-2026, 00:11           
Milyonluq mülkləri ilə gündəmə gələn Qəzənfər Abdullayev istefa verdi - NƏ BAŞ VERİR?
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Onu da əlavə edək ki, Q.Abdullayev həmçinin Naxçıvan Ali Məclisinin deputatıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]