İstənilən təşkilatdan 95% əhali narazıdırsa, deməli sistemdə problem var.

24-09-2026, 11:58           
İstənilən təşkilatdan 95% əhali narazıdırsa, deməli sistemdə problem var.
Dünyanın istənilən ölkəsində hökumətdən, dövlət-hökumət qurumlarının işindən böyük əksəriyyətin razı olması nadir hadisədir. Amma, hər halda, əhalinin bəlli bir qrupu razı qalır, o da seçkilərdə özünü göstərir, ona görə də, inkişaf etmiş ölkələrdə seçki zamanı qalib partiyalar 30-40% civarında səs qazanırlar, hökumət qurmağa şansları olur.
Bizdə çox qəribə bir vəziyyət yaranıb, bir çox dövlət-hökumət qurumlarının işindən razı olanları tapmaq mümkün deyil – yaxşı, o zaman bu qurumların məqsədi nədir ki?!
Məsələn, AYNA, fəaliyyəti bütün əhali qruplarına təsir edən dövlət-hökumət qurumudur. Yəni, AYNA-nın fəaliyyətindən razı olan müyyən qrup olmalıdır da, elə deyilmi?! Ya sərnişin nəqliyyatından istifadə edənlər, ya sürücülər – bu 2 qrupdan, heç olmasa biri AYNA-dan razı olmalıdır, bunu məntiq deyir də, mən demirəm ki?!
Yaxşı, ictimai nəqliyyatdan istifadə edənlər çox narazıdırlar, avtomobil sürücüləri AYNA-nı hər gün “ən xoş” sözlərlə yada salırlar – tamam da, bəs bu AYNA kimin üçün, nə üçün çalışır?! Yəni, bunların məqsədi, məramı nədir?!
Eyni qaydada AQTA – ya vətəndaş keyfiyyətli məhsuldan məmnun olmalıdır, ya da, biznes AQTA-nın fəaliyyətindən zövq almalıdr da, elə deyil?! Çünki, onların fəaliyyəti bu iki qrupladır – hər iki tərəf narazıdırsa, niyə belə bir qrum var ki?!
Siyahını uzada da bilərəm, vergini, gömrüyü, tikinti ilə məşğul olan bir neçə qurumu, yerli icra hakimiyyəti institutunu və s. də qeyd edə bilərəm – amma, düşünürəm ki, məsələni izah edə bildim. İstənilən dövlət-hökumət qurumları, heç olmasa bir qrup əhalini məmnun etməlidir – istənilən təşkilatdan 95% əhali narazıdırsa, deməli sistemdə problem var. Bu qədər sadə...
P.S. Dünən iki tv kanalda bu haqda danışdım, link şərhlərdə.
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]