Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - Video

23-09-2026, 16:06           
Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı - Video
Bərdə-Ağdam yolunda üzərində “Şəhid anası” yazısı olan avtomobillə yol hərəkəti qaydalarını kobudcasına pozan şəxs məsuliyyətə cəlb edilib.

TEREF xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən “qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, “Toyota Prius” markalı, 77 BC 843 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə profilaktik tədbirlər görülməklə, yol verdiyi qayda pozuntularının aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bərdə-Ağdam yolunda “Toyota Prius” markalı avtomobilin arxa dövlət qeydiyyat nişanının çıxarıldığı, qırmızı işıqdan keçdiyi, təhlükəli manevr etdiyi və polisin “saxla” əmrinə tabe olmadığı bildirilib. Həmin avtomobilin üzərində “Şəhid anası” sözlərinin yazılması da diqqəti cəlb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]