ADY qatarlarında da dəhşətli vəziyyət var - Video

23-09-2026, 00:04           
ADY qatarlarında da dəhşətli vəziyyət var - Video
Son günlərdə ölkənin nəqliyyat sistemindəki sıxlıq çətin vəziyyət yaradıb. Belə ki, metronun bağlanması, Formula 1 yarışlarına görə bir sıra yollarda məhdudiyyətlərin tətbiq olunması pik saatlarda hərəkəti iflic edib.

Metro və avtobuslarda sıxlıq yaşandığı kimi, dəmiryol vağzalında qatarlarda da bu hallarla üzləşmək mümkündür.

Belə ki, Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Görüntülərdən bəlli olur ki, paytaxta yola düşən qatarda sərnişinlərin sayı çox olduğundan vaqonlarda hərəkət etmək çətinləşib. Hətta bəzi sərnişinlərin yer olmadığı üçün qatarın sanitar qovşağında dayanmağa məcbur qaldığı görünür.

Sözügedən görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]