Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - Video

20-09-2026, 12:04           
Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - Video
Bakının bəzi küçələrində asfalt örtüyü dəyişdirilsə də, yollar xətlənməyib.

Baku TV xəbər verir ki, paytaxtın Xətai rayonu, Rövşən Əliyev küçəsində bir həftədən çoxdur ki, asfalt örtüyü yenilənib.

Lakin hələ də xətlənmə aparılmayıb. Bu vəziyyət xüsusilə günün pik saatlarında ərazidə sıxlığa və xaosa səbəb olur. Analoji problemlə Nəsimi rayonunun Şıxəli Qurbanov küçəsində də qarşılaşmaq mümkündür. Bu yolda 20 gündən çoxdur ki, asfalt örtüyü dəyişdirilsə də, xətlənmə aparılmayıb.


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, beynəlxalq təcrübəyə əsasən, yol asfaltlandıqdan sonra müəyyən müddət gözlənilməlidir. Əks halda, asfaltın tərkibindəki maddələr xətləməni yararsız vəziyyətə gətirir.

Bəs "Yol hərəkəti haqqında" Qanun bu barədə nə deyir? Nəqliyyat eksperti Yasin Mustafayev qeyd edib ki, standartlara uyğun olaraq işlər ləngidilmədən tamamlanmalıdır: "Yol hərəkəti haqqında" Qanunun 40-cı və 69-cu maddələrində göstərilir ki, təmir işləri bitdikdən dərhal sonra üfüqi nişanlama, yol nişanları və digər komponentlər quraşdırılmalıdır. Əks halda, sürücülər və piyadalar çətinliklə qarşılaşırlar. Bu da qəzalara, insanların xəsarət almasına, nəqliyyat vasitələrinin zədələnməsinə və hətta insan itkisinə səbəb ola bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]