Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video

20-09-2026, 11:44           
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
Son günlər məişət tullantılarının atılması üçün nəzərdə tutulan zibil konteynerləri ilə bağlı şikayətlər artır.

Bu məsələdə sakinlər təbii olaraq müvafiq qurumlara üz tuturlar. Zibil konteynerlərinin yerləşdirilməsi və məişət tullantılarının ərazilər üzrə toplanmasının təşkili məsələləri müvafiq yerli icra və kommunal xidmət strukturlarının səlahiyyətlərinə aiddir.


Məsələ ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Baku TV-yə bildirilib ki, artıq bir neçə ildir Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihənin icrası uğurla həyata keçirilir. Bu çərçivədə şəhər ərazisində tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb. Meydançalara yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.

Qeyd olunub ki, meydançalar əsasən uzun illər öncə xüsusi ayrılmış yerlərdə yaradılıb. Həmçinin əhalinin sıxlığı nəzərə alınaraq ərazilərdə monitorinqlər aparılır və tələbata uyğun yeni meydançalar yaradılır. Bundan başqa, bəzi hallarda mövcud meydançalarda konteyner sayı çoxaldılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]