Mərkəzi parkda narahatedici mənzərə: Şüşələr insanların üzərinə tökülə bilər? - Video

19-09-2026, 11:44           
Mərkəzi parkda narahatedici mənzərə:
Parkda pilləkənlərin üzərində yerləşən şüşə konstruksiyada çatlar yaranıb.
"Xəzər" TV xəbər verir ki, paytaxtın Yasamal rayonunda yerləşən Mərkəzi parka üz tutanlar şüşənin qırılaraq insanların üzərinə tökülə biləcəyindən narahatdırlar.

Bəzi sakinlər isə bu şüşələrin qırılsa belə, tökülmədiyini və təhlükəsiz olduğunu iddia edirlər.

Parkın sahə rəisi isə bildirib ki, bu hal ilk dəfə yaşanmır. Onun sözlərinə görə, bəzən günəş şüalarının təsiri, bəzən də sərt müdaxilələr şüşələrin çatlamasına səbəb olur.

Həmçinin materialların artıq xarici ölkədən sifariş edildiyi, şüşələrin yaxın günlərdə yeniləri ilə əvəz olunacağı bildirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]