Məktəb başladı, müəllim işdən çıxarıldı: 28 valideyndən etiraz - Video

19-09-2026, 10:56           
Məktəb başladı, müəllim işdən çıxarıldı:
Məktəb başlayar-başlamaz sinif rəhbərinin əmək müqaviləsinə xitam verilib. İbtidai sinif müəlliminin məktəbdən uzaqlaşdırılması 28 valideynin narazılığına səbəb olub.

"Xəzər" TV xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 nömrəli tam orta məktəbin 3 "A" sinfindən gedir.


Valideynlər müəllimin dəyişdirilməsi zəruri olmadığı halda yeni müəllimə uyğunlaşma prosesinin ibtidai sinif şagirdləri üçün kifayət qədər vaxt aparacağından narahatlıqlarını ifadə edirlər.

Onlar bildirirlər ki, Hafizə Seyidovanın əmək müqaviləsi Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən daha bir il müddətinə uzadıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]