İran səfiri açıqladı – Azərbaycanla sərhəddə yeni sistem işə düşür

19-09-2026, 00:12           
İran səfiri açıqladı –
Azərbaycan və İran gömrük sahəsində mühüm yeniliyə hazırlaşır. İki ölkə arasında gömrük sənədlərinin elektron mübadiləsinə keçidlə bağlı razılıq əldə olunub.

TEREF xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ISNA-ya müsahibəsində bildirib.

Diplomat Astara sərhəd-keçid məntəqəsinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, tərəflər sərhəddə yaranan məsələlərin həlli üçün qarşılıqlı fəaliyyəti gücləndiriblər. Son dövrdə Azərbaycan və İran nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də intensivləşib.

Dəmirçilu bildirib ki, gömrük sənədlərinin elektron mübadiləsinə keçilməsi sərhəddə prosedurların sürətləndirilməsinə xidmət edəcək.

İran səfiri hesab edir ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına və tranzit yüklərin sərhəddən daha sürətli keçirilməsinə imkan yaradacaq.//Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]