İngiltərə şirkəti Azərbaycan bazarından gedir

11-01-2024, 12:34           
İngiltərə şirkəti Azərbaycan bazarından gedir
“Heritus Logistics and Trading LTD” MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.

Bu barədə şirkətin elanında qeyd olunub.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1114 BAKI şəhəri, Nəsimi rayonu, Mirmahmud Kazimovski küçəsi, ev 13, mənzil 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Böyük Britaniya mərkəzli “Heritus Logistics and Trading LTD” şirkətinin Azərbaycan filialı 14.08.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Paşayev Paşa Qəzənfər oğludur. Şirkət beynəlxalq nəqliyyat və logistika xidmətləri göstərir. \\Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]