Abituriyentlər seçim qarşısında: Pul, yoxsa prestij? - AKTUAL

31-08-2023, 08:32           
Abituriyentlər seçim qarşısında:
Bildiyiniz kimi, bir neçə gün öncə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başa çatıb.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi 28 avqust saat 23:59-dək davam edib.

28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.

İxtisas seçimində önəmli olan məqamlardan biri də dövrün tələblərinə uyğun seçilməsidir. Əsrimizin texnologiya əsri olduğunu nəzərə alarsaq, ixtisasları düzgün seçmək həm də gələcəyə yatırım etmək deməkdir.

Maraqlıdır, hansı ixtisaslar daha prestejlidir?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya bununla bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, günümüzdə texnologiya sahəsi öndədir:

"30 il bundan öncə kənd təsərrüfatı sahəsi üzrə ixtisaslara tələbat yüksək idi. Amma indi o ixtisaslara 150 balla da qəbul olmaq mümkündür. Hazırda kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi gələcək üçün daha ön plandadır. İkinci sırada maliyyə ixtisasıdır. Maliyyə ixtisası hər zaman lazımlı olaraq qalacaq.

Üçüncü qrupda isə "Təhsildə sosial psixoloji xidmət" ixtisası daha çox önə çıxacaq. Tibb ixtisası da heç zaman öz əhəmiyyətini itirməyəcək. Təbii ki, bu ixtisasda da müasir dövrün texnologiyası tətbiq olunacaq. Biz burada Azərbaycan və dünya bazarını nəzər almalıyıq. Azərbaycan bazarında yaxın 5 il ərzində kənd təsərrüfatı, qida təhlükəsizliyi ixtisaslarına ciddi ehtiyac yaranacaq.

İxtisas seçimi edən abituriyentlər indinin yox, 5 il sonranın əmək bazarını düşünməlidir. Azərbaycanın ali məktəblərinin böyük əksəriyyəti isə əmək bazarı və müasir standartları tələb edən kadr hazırlamırlar. Bunun da ciddi mənfi təsirləri görünəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]