İlyarımdan sonra birdəfəlik ödəmənin nəzərdə tutulduğu bildirilir, 15 gündür vəsaitin hesaba köçürülməsi gerçəkləşmir

31-08-2023, 11:08           
İlyarımdan sonra birdəfəlik ödəmənin nəzərdə tutulduğu bildirilir, 15 gündür vəsaitin hesaba köçürülməsi gerçəkləşmir
İl yarımdan sonra, axırı, bu sətirlərin yazarına 1-ci dərəcəli savaş əlilliyinə görə 8800 manat qanpulu ödənişi nəzərdə tutulduğu bildirilib. DSMF-in idarə heyəti sədrinin müavini Zəka Mirzəyev ödənişin proaktiv qaydada verilməməsini Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) 18.05.2023 tarixli (?- əvvəlcə 24.01.2023-cü il tarixi bildirilirdi) məktubu ilə 8800 manat ödənişin məhkəmə qərarı əsasında Binəqədi icra şöbəsinə ( lap əvvəl DSKŞ-nın adı çəkilirdi, ödəniş tapşırığı “tapılmadığından”, “val dəyişilib”) 19.03.2019-da “silinməsi” ilə izah edib. İndi DSMF-in dövlət icbari sığorta departemintinin müdiri Kənan Hüseynovun, onun müavini, DSKŞ-nın keçmiş “qan(haqqı) soranı” Əfqan Mirzəyevin və b. DSKŞ ilə cinayətkar saxtalığı tam faş olub. ƏN-in Binəqədi icra şöbəsinin, ümumiyyətlə, 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəmədiyi bildirilib. Buna görə də DSMF-in idarə heyəti sədrinin müavini 16.08.2023 tarixli məktubla bildirib : “..QAYDANIN 1.2.4 YARIMBƏNDİNİ nəzərə alaraq, AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, müstəqilliyinin və KONSTİTUSİYA quruluşunun MÜDAFİƏSİ İLƏ ƏLAQƏDAR 1-Cİ DƏRƏCƏLİ ƏLİLLİYİNİZƏ GÖRƏ 8800 MANAT BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ NƏZƏRDƏ TUTULUR”.
DSMF rəsmisi Azərbaycan Beynəlxalq Bankının (ABB) sosial ödəniş kartı olduğu halda birdəfəlik ödəmənin həmin karta köçürüldüyünü, belə kart olmadıqda ABB-nin istənilən filialından kart əldə edə bilməyi də bildirib. Yəqin DSMF-də ABB araçılığı ilə ödənilən Prezident təqaüdü kartının olmasından bilgilidirlər. Bəs niyə 15 gündür ödəmə 4127...9955 nömrəli ABB kartına köçürülmür? Yenə ilyarım “araşdırma” gərəkir, yoxsa, 8800 manat yeyilib, pul tapılmır?
Məğrur Bədəlsoy
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]