Kuşner: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO-nun 5-ci maddəsinə əsaslanacaq" - Video

20-11-2026, 12:18           
Kuşner: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO-nun 5-ci maddəsinə əsaslanacaq" - Video
"Ukraynaya veriləcək istənilən təhlükəsizlik zəmanətinin əsasında NATO Nizamnaməsinin 5-ci maddəsi dayanmalıdır. Bu maddə münaqişə zamanı alyans üzvlərinin kollektiv müdafiəsini nəzərdə tutur".

"İnterfaks" xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner "Könüllülər koalisiyası"nın görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bu, əldə etdiyimiz çox mühüm nəticədir. Düşünürəm ki, Rusiyaya istənilən təhlükəsizlik zəmanətinin NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacağı konsepsiyasını çatdırdıq", - deyə o bildirib.

Kuşner Rusiyada bu konsepsiya ilə bağlı çoxlu şübhələrin olduğunu etiraf edib. Onun sözlərinə görə, məhz buna görə Rusiya ilə Avropa arasında dialoqun bərpası vacibdir.

O qeyd edib ki, təhlükəsizlik sistemi üzərində iş aparılır. Bu sistem çərçivəsində vəziyyətə nəzarət mexanizmləri gücləndiriləcək, ciddi çəkindirmə tədbirləri tətbiq olunacaq və əldə edilmiş razılaşmaların pozulmasına görə ciddi nəticələr nəzərdə tutulacaq.

Kuşner əlavə edib ki, NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan zəmanətlər daha geniş təhlükəsizlik tədbirləri paketinin tərkib hissəsi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]