Rusiya və Gürcüstan arasında mühüm görüş

20-11-2026, 11:34           
Rusiya və Gürcüstan arasında mühüm görüş
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Minskdə (Belarus) Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilirki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, xüsusilə ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Görüşün yekunlarına görə bir sıra praktiki razılaşmalar əldə olunub. Bundan əlavə, iştirakçılar Moskva və Tbilisi arasında münasibətlərin gələcək inkişaf maraqları naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Hər iki nümayəndə heyətinin rəhbərləri görüşün təşkilində göstərdiyi köməyə görə Belarus tərəfinə minnətdarlıqlarını bildiriblər./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]