Alman nazir Paşinyanla görüşündən yazdı

19-11-2026, 09:24           
Alman nazir Paşinyanla görüşündən yazdı
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Almaniyalı nazir görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Vadeful paylaşımında Paşinyanın rəhbərliyi altında Ermənistan və region üçün sülh imkanlarının yarandığını bildirib. O, İrəvanda Paşinyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməkdən məmnunluğunu ifadə edib.

“Sizinlə və xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda görüşmək mənim üçün şərəf idi. Ölkəniz və region üçün sülh imkanları sizin liderliyinizlə yaranıb, əziz Nikol Paşinyan. Sizi və ölkənizin cəsarətli xalqını təqdir edirəm. İki ölkə arasında dərin münasibətləri bundan sonra da inkişaf etdirməyə davam edəcəyik”, – deyə Vadeful qeyd edib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]