İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!

18-11-2026, 07:48           
İrandan ərəb ölkəsinə xəbərdarlıq:
Bəhreyndə Əl-Xəlifə sülaləsinin hərəkətləri yeni regional təhlükəsizlik qaydasında onların hakimiyyətinə xələl gətirə bilər.

“Mehr” agentliyi xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Hüseyn Mohebbi deyib.

Mohebbi Bəhreyn hökumətinin üç səhvini qeyd edib:

“İrana müdaxiləni asanlaşdırmaq, ABŞ təhlükəsizlik sistemindən asılılığı qorumaq və şiə ruhanilərinin nüfuzunu sarsıtmaq..."

O həmçinin qeyd edib ki, əgər bu hərəkətlər davam edərsə, yeni regional təhlükəsizlik qaydasında Əl-Xəlifə rejiminin yaşaması təhlükə altında olacaq.

Qeyd edək ki, ötən gün Bəhreyn məhkəməsi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrdə ittiham olunan və aralarında şiə din xadimlərinin də olduğu 59 nəfəri ömürlük, 5 nəfəri isə 15 il azadlıqdan məhrum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]