9 noyabr 1938-ci il Almaniya tarixinin ən qaranlıq səhifələrindən birini təşkil edir

20-11-2026, 15:14           
9 noyabr 1938-ci il Almaniya tarixinin ən qaranlıq səhifələrindən birini təşkil edir
Təşkilatlanmış zorakı dəstələr küçələrə çıxaraq sinaqoqları yandırır, yəhudilərə məxsus mağazaları qarət edir və yaşayış evlərini dağıdırdılar.
Həmin noyabr talanları zamanı minlərlə yəhudi ictimai yerlərdə qəddarcasına döyüldü, həbs edildi və ya öldürüldü. Təxminən 30.000 yəhudi kişi həbs olunaraq konsentrasiya düşərgələrinə sürgün edildi.
Onların hamısı nasistlərin irqçi ideologiyasının qurbanı oldular.
Noyabr talanları zorakılığın kortəbii şəkildə baş vermiş bir təzahürü deyildi. Onlar nasist rejimi tərəfindən təşkil edilmiş və idarə olunmuşdu. Bu hadisələr Almaniyada yəhudilərin sistematik şəkildə cəmiyyətdən təcrid edilməsinin, hüquqlarından məhrum olunmasının və təqib edilməsinin daha bir faciəvi mərhələsi oldu. Bu təqiblər sonda bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Şoa (Holokost) ilə nəticələndi. Həmin soyqırımı zamanı Avropada altı milyon yəhudi qətlə yetirildi.
Bizim üçün “Bir daha heç vaxt!” demək, almanlar tərəfindən törədilmiş Şoa bəşəriyyət cinayətinin xatirəsini daim yaşatmaq öhdəliyi deməkdir.
Sarvan Səmədoğlu














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]