Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb

12-11-2026, 10:24           
Zelenski İrlandiyada ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəyini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün Dublinə səfər edib.
"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında yazıb.

"Bu gün və sabah tərəfdaşlarla ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılıb. Ümumilikdə 20-yə yaxın liderlə Avropa Siyasi Birliyi sammitinin inauqurasiya plenar sessiyasında iştirak edəcəyəm. Həmçinin ABŞ-nin danışıqlar qrupunun üzvləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar planlaşdırılıb. Sülhün daha yaxın olması üçün işləyirik. Ukraynaya kömək edən və dəstək olan hər kəsə təşəkkür edirəm", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]