İranla ABŞ arasında danışıqlarda niyə fasilə yaranıb?

9-11-2026, 12:38           
İranla ABŞ arasında danışıqlarda niyə fasilə yaranıb?
"İranla ABŞ arasında danışıqlarda yaranan fasilə ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri ilə bağlıdır".

Bunu İranın xarici işlər naziri Abbas Əraqçı ölkənin dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

"Artıq bir neçə gündür ki, seçkinin nəticələri səbəbindən vasitəçilər səfərlər etmirlər. Danışıqların bərpası üçün əlverişli şəraitin yaranmasına müəyyən vaxt lazımdır", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Abbas Əraqçı Ağ Evi Tehranın tələblərini yerinə yetirməklə müharibə arasında seçim etməyə çağırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]