Tramp: Konqresə seçkilərin nəticələri ABŞ-ı keçmişə qaytardı

9-11-2026, 09:24           
Tramp: Konqresə seçkilərin nəticələri ABŞ-ı keçmişə qaytardı
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərinin nəticələrinin ölkəni geriyə apardığını bildirib.
Bizimyol.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Keçirilən seçkilərin nəticələri Amerika üçün tarixdə nəhəng geriləmə oldu. Hətta Trampın prezidentliyi dövründə sürətlə yüksələn fond bazarı cəmi bir gün ərzində 3 trilyon dollar itirdi. Amma narahat olmayın, biz əvvəlkindən də güclü şəkildə geri qayıdacağıq”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçkilərdə Senatın üçdə biri, Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 36 ştat və ərazinin qubernatorları müəyyənləşib.

Seçkilərin nəticələrinə əsasən, Konqresin hər iki palatasında demokratlar çoxluğu əldə edəcəklər. Yeni, 120-ci çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]