İsrail müdafiə naziri İranın nüvə proqramını bərpa etməyə çalışdığını bildirib

9-11-2026, 11:34           
İsrail müdafiə naziri İranın nüvə proqramını bərpa etməyə çalışdığını bildirib
İsrailin müdafiə naziri İsrael Kats İranın nüvə silahı hazırlamaq istiqamətində fəaliyyətini bərpa etməyə çalışdığını və bunun İsrailin təhlükəsizliyi üçün təhdid yaratdığını bəyan edib. O, Tehrana qarşı hərbi əməliyyatların hələ başa çatmadığını və İsrailin istənilən ssenariyə hazır olmalı olduğunu vurğulayıb.
Bizimyol.info xəbər verir ki, Kats bu barədə noyabrın 8-də Süveyş böhranı (1956) zamanı həlak olanların xatirəsinə Qerzl dağındakı Milli Xatirə Zalında keçirilən mərasimdə danışıb.

Nazirin sözlərinə görə, İran nüvə imkanlarını bərpa etməklə yanaşı, İsrail üçün digər təhlükələr də yaradır.

“İrana qarşı missiyamız hələ başa çatmayıb”, – deyə Kats bildirib.

O vurğulayıb ki, İsrail mümkün təhdidlərin reallaşmasını gözləmək niyyətində deyil və hücumların qarşısını almaq üçün müstəqil hərəkət etmək imkanlarını qoruyacaq.

Kats, həmçinin İsrail təhlükəsizlik qüvvələrinin bütün mümkün ssenarilərə hazır olmasının vacibliyini deyib.

Nazir ölkə daxilindəki siyasi və ictimai fikir ayrılıqlarına da toxunaraq, xarici təhdidlər qarşısında milli birliyə çağırıb. O bildirib ki, milli təhlükəsizlik məsələləri bütün cəmiyyət üçün ortaq prioritet olmalıdır.

Katsın sözlərinə görə, İsrail qarşıda bir sıra ciddi təhlükəsizlik çağırışları ilə üzləşəcək və onların öhdəsindən gəlmək üçün həm ordunun imkanları, həm də cəmiyyətin dözümlülüyü vacibdir.

Kats İranla bağlı mümkün yeni hərbi əməliyyatların vaxtı və ya başlanması barədə konkret qərar açıqlamayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]