Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb

Dünən, 10:24           
Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməyə çağırıb
Avropa Parlamentinin 70-ə yaxın deputatı Gürcüstanla bağlı qətnamə layihəsi hazırlayıb.

Sənəddə Avropa İttifaqı və üzv dövlətlərə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırış yer alıb.

Qətnamə layihəsinin müəllifləri Gürcüstan rəsmilərinin ölkədə “demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə” görə məsuliyyət daşıdığını iddia edirlər.

“Hakim ‘Gürcü Arzusu’ partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnamə layihəsinin sabah səsə qoyulacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]