Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları günahlandırdı

6-10-2026, 11:34           
Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları günahlandırdı
ABŞ Prezidenti Donald Tramp ölkədə benzin qiymətlərinin artmasının səbəbləri barədə açıqlama verib.

Tramp "Truth Social" platformasında paylaşımında qiymət artımının artıq Hörmüz boğazı ilə bağlı olmadığını bildirib.

"Benzin qiymətləri artıq Hörmüz boğazına görə bahalaşmır. Hazırda demək olar ki, hər gün rekord həcmdə neft daxil olur. Bütün məsələ bir sözdədir – neft emalı zavodları. Rusiyanın neft emalı zavodlarını Ukrayna partladır, bizimkiləri isə Kaliforniya kimi "mavi" ştatlarda demokratlar bağlayırlar", – deyə Tramp yazıb.

ABŞ prezidenti həmçinin ölkədə dərman anbarlarının partladıldığını və bunun nəticəsində dərman çatışmazlığının hiss olunduğunu iddia edib.

Trampın sözlərinə görə, ABŞ-da yanacaq və dərman təminatı ilə bağlı yaranan problemlərin səbəbləri arasında həm Ukraynanın, həm də demokratların siyasəti dayanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]