Almaniya prezidentindən kritik xəbərdarlıq

4-10-2026, 12:44           
Almaniya prezidentindən kritik xəbərdarlıq
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkənin siyasi baxımdan Veymar Respublikası dövründəki kimi parçalanma riski ilə üzləşdiyini bildirib.

"Reuters" xəbər verir ki, Ştaynmayer bunu Almaniyanın birləşməsinin 36-cı ildönümü münasibətilə Bremendə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, antidemokratik ekstremist qüvvələrin yaydığı dezinformasiya ölkədə siyasi fikir ayrılıqlarını dərinləşdirir. Prezident konkret partiyaların adını çəkmədən ekstremist qüvvələrin "dözülməz siyasi demoqogiyasını" tənqid edib və bunun azadlıq, demokratiya və ölkənin birliyini təhdid etdiyini bildirib.

Ştaynmayer qeyd edib ki, Almaniyanın həm şərqində, həm də qərbində bir çox insan siyasi sistemə etibar etmir. O, seçicilərin üçdəbirinədək hissəsinin seçki davranışı ilə ölkənin fundamental prinsiplərindən uzaqlaşdığını nümayiş etdirdiyini deyib.

Almaniya prezidenti hazırkı vəziyyəti İkinci Dünya müharibəsindən əvvəlki dövrlə birbaşa müqayisə edib. Həmin dövrdə kəskin siyasi qarşıdurmalar Veymar Respublikasında demokratiyanın süqutuna gətirib çıxarmışdı.

Prezident həmçinin almanların bir çoxunun ölkənin birləşməsindən 36 il sonra gözləntilərinin doğrulmamasından məyus olduğunu deyib. Onun sözlərinə görə, siyasi reallıq almanlara "özünün sərt və acı tərəfini" göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]