Hegset: ABŞ Ayətrafı hərbi sistemlərin xərclərini hesablayır

4-10-2026, 10:54           
Hegset: ABŞ Ayətrafı hərbi sistemlərin xərclərini hesablayır
ABŞ Müdafiə Nazirliyi gələcəkdə Silahlı Qüvvələrin ehtiyacları üçün Ayətrafı və digər kosmik hərbi sistemlərin mümkün istifadəsini və onların maliyyətini araşdırır.
Bizimyol.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Hegset Koloradoda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ABŞ qarşıdakı 5, 10, 15 və 20 il üçün hərbi ehtiyacları və döyüşlərin gələcəkdə necə aparılacağını nəzərə alaraq büdcə planlaşdırması aparır.

Hegset Ayətrafı sistemlərlə yanaşı, kosmik, yeraltı və sualtı hərbi sistemlərin də perspektivdə istifadə imkanlarının qiymətləndirildiyini deyib.

Sentyabrda ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynkin Vaşinqtonun kosmik məkan üzərində nəzarət üçün orbitdə yerləşən silahlara malik olduğunu bildirmişdi. Rusiya isə bu açıqlamaları kosmosda silahlanma yarışının qarşısının alınması üçün tədbirlərin görülməsinə əsas kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]