Tramp Avropanın qərarını açıqladı - Dizel ehtiyatları ilə bağlı növbəti addım nə olacaq?

3-10-2026, 00:11           
Tramp Avropanın qərarını açıqladı - Dizel ehtiyatları ilə bağlı növbəti addım nə olacaq?
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib.

"AzPolitika" xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib.

Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.

"Avropa indicə özünün böyük ehtiyatlarından nəhəng həcmdə dizel yanacağını bazara çıxarmağa razılıq verdi. Bu prosesə dərhal başlanacaq", - deyə Tramp paylaşımında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]