Qurultayda Ramiz Mehdiyevlə bağlı QƏRAR VERİLMƏYİB - AÇIQLAMA
3-10-2026, 00:05
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) tərkibindən çıxarılması hazırda ictimai gündəmin müzakirə mövzusudur. Partiyanın VIII Qurultayında İdarə Heyətinin və digər strukturların tərkibi müəyyənləşib.
TEREF pravda.az-a istinadən xəbər verir ki, Qurultayda Mehdiyevlə bağlı müzakirə aparılmayıb.
Yaxın günlərdə YAP Veteranlar Şurasının iclasının keçiriləcəyi, bu məsələnin həmin iclasda müzakirəyə çıxarılacağı bildirilir.