Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

1-10-2026, 10:48           
Marko Rubio İran heyətini ABŞ-dan “qovub”
Axios-un məlumatına görə, ABŞ Dövlət Katibi Marko Rubio, Vaşinqton və Tehran arasında danışıqlar nəticə vermədikdən sonra İran nümayəndə heyətindən ABŞ-ı tərk etməsini istədiyi bildirilir. Nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi də daxildir.
Adı çəkilməyən ABŞ rəsmisinin nəşrə bildirdiyinə görə, İran nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları başa çatdıqdan sonra belə Nyu-Yorkda qalıb, bu da Rubionun qəzəbinə səbəb olub. Rubio yanındakı rəsmilərə "Onların getmə vaxtı gəlmişdir”, - deyib İran rəsmilərinin ölkələrinə yola salınmasını tələb edib.
Associated Press agentliyi də faktı təsdiqləyib. Nəşr iki ABŞ rəsmisinə istinadən bildirib ki, Rubio Əraqçi və onun nümayəndə heyətindən planlaşdırılandan daha tez Nyu-Yorku tərk etmələrini istəyib. Əraqçinin ABŞ ilə dolayı danışıqları davam etdirmək üçün Nyu-Yorkda qaldığı bildirilir.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]