Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar

1-10-2026, 12:24           
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 12-də Lüksemburqda Gürcüstanla bağlı qısa debat aparacaqlar.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Avropa bürosunun redaktoru Rikard Yozviak "X" hesabında yazıb.

O, müzakirələr zamanı vacib qərarın qəbul edilməyəcəyini və hər hansı sanksiyalarla bağlı konsensusun əldə olunmayacağını bildirib.

Yozviak onu da qeyd edib ki, gələn ilin əvvəlində Aİ-nin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması ilə bağlı qərarının müddətinin daha 12 ay uzadılacağı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]