Rusiyanın 2027-ci il üçün militarist büdcə sənədləri
30-09-2026, 11:34
"Reuters" Rusiyanın 2027-ci il üçün büdcə sənədlərilə bağlı məqalə dərc edib və bu məqaləni oxuyarkən bir lətifə yadıma düşüb. Məsələ ondadır ki, 2027-ci il üçün nəzərdə tutulan büdcə hazırlanmışdı, amma müharibədə ağır itkilər səbəbindən Rusiya məcburiyyət qarşısında yeni büdcə hazırladı. Əvvəl hazırlanan və yeni büdcələrin müqayisələrinə diqqət yetirin: - Sosial xərclər 7% azaldılıb; - Təhsil xərcləri 6% azaldılıb; - Səhiyyə xərcləri 6.8% azaldılıb. Hərbi büdcə isə 27% artırılıb. Səbəblər bəllidir. Bir lətifə yadıma düşüb. Uşaq sevincək mağazadan evə qalxıb, atasına deyir:"Ata, ata, arağın qiymətini qaldırıblar, bu da o deməkdir ki, sən daha az içəcəksən". Ata gülümsəyərək deyir:"Yox əziz oğlum, sən daha az yeyəcəksən". Kamran Cəfərov