Vensin Xamenei ilə bağlı bu etirafı gündəmi alt-üst etdi

30-09-2026, 11:14           
Vensin Xamenei ilə bağlı bu etirafı gündəmi alt-üst etdi
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasının mümkün olduğunu bildirib.
Vensin sözlərinə görə, bunun üçün İran ABŞ-a münasibətdə davranışını dəyişməli və bu dəyişikliyi praktiki addımlarla göstərməlidir.

“Əgər iranlılar ABŞ-a qarşı hərəkətlərini dəyişsələr, o zaman daha yaxşı münasibətlər üçün imkan yaranacaq. Lakin biz onların davranışındakı dəyişikliyi real olaraq görməliyik”, – deyə Vens bildirib.

Vitse-prezident Vaşinqtonun Tehranla razılaşma əldə etmək imkanını da nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, bunun üçün İran ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Vens həmçinin İranın ali lideri Müctəba Xameneinin sağ olduğunu düşündüklərini vurğulayıb.

“Biz hesab edirik ki, Müctəba Xamenei sağdır. Təbii ki, bunu dəqiq bilmirəm, çünki onu heç vaxt görməmişəm. Lakin əlimizdəki məlumatlar onun sağ olduğunu göstərir”, – deyə ABŞ rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]