Tramp Rusiya ilə bağlı qərar verəcək

30-09-2026, 00:09           
Tramp Rusiya ilə bağlı qərar verəcək
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını siyasi məhbusların azad edilməsi ilə əlaqələndirən planı nəzərdən keçirir.

TEREF xəbər verir ki, “Atlantic”in məlumatına görə, təşəbbüsü Trampın Şərqi Avropa üzrə nümayəndəsi Con Koul irəli sürüb.

Plana əsasən, Kreml bəzi siyasi məhbusları azad edir, ABŞ isə bunun müqabilində Rusiyaya qarşı müəyyən sanksiyaları yumşaldır.

Məlumata görə, Tramp bu təklifi qəbul edib. Lakin plan hələ ilkin mərhələdədir.

Koul daha əvvəl Belarusla bağlı oxşar strategiyadan istifadə edib. ABŞ diplomatlarının səyləri nəticəsində təxminən 500 siyasi məhbus azad edilib və bundan sonra Vaşinqton Minskə qarşı bəzi sanksiyaları yumşaldıb.

“Atlantic” yazır ki, eyni yanaşmanın Rusiyaya tətbiqi Moskva ilə iqtisadi əlaqələrin genişlənməsinə və ABŞ şirkətlərinin Rusiya ilə neft, yanacaq və digər məhsullar üzrə sövdələşmələr aparmasına şərait yarada bilər.

Ukrayna isə müharibə başa çatmadan Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına qarşı çıxır./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]