Şahmatçılarımız üçün uğurlu sayılmayacaq endşpil

29-09-2026, 12:24           
Şahmatçılarımız üçün uğurlu sayılmayacaq endşpil
Sayca 46-cı olan Şahmat Olimpiadası başa çatdı. Bizim həm kişilərdən, həm də qadınlardan ibarət komandamız yenə medalsız qaldı. Düzdür, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Raud Məmmədov və Eltac Səfərlinin yer aldığı kollektiv yarışı beşinci yerdə başa vurdu. Bu heç də zəif nəticə sayıla bilməz. Amma medalsızlığa son qoymağın vaxtı çatmışdı.
Bizimyol.info xəbər verir ki, qadınlardan ibarət komandamız daha zəif çıxış edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədovanın Azərbaycanı təmsil etdiyi “beşlik” olimpiadanı 16-cı pillədə başa vurub.

Qadın şahmatçılarımızın hamısının çıxışını orta qiymətləndirmək olar. Baş tutan 11 qarşılaşmada iki dəfə uduzan Ülviyyədən başqa, hər kəs bir dəfə məğlub olub. Ən çox xalı (6) Gövhər adına yazdırıb. Xanım və Gülnar 5,5, Ülviyyə ilə Gövhər isə hərəyə 5 xal toplayıblar. Əlbəttə, burada şahmatçıların yer aldığı taxtaların sırası da vacib rol oynayır.

Qadınların mübarizəsində Çin qalib adını qazanıb. Qazaxıstana gümüş, Hindistana bürünc qismət olub. Sonrakı yerləri ABŞ, Polşa, Ermənistan, Monqolustan, Gürcüstan, Vyetnam və Sloveniya tutub.

Azərbaycanlı şahmatsevərlərin müzakirələri göstərir ki, Şəhriyar Məmmədyarov onların gözləntisini doğrultmayıb. Təsəvvür edin, qrossmeyster son 6 görüşünü heç-heçə başa vurub. Hətta yazırdılar ki, Şəhriyar sanki turniri yola verir. Ümumilikdə 7 dəfə heç-heçə oynayan Məmmədyarov cəmi 5,5 xal topaya bilib.

Ən yaxşı nəticəni heç bir qarşılaşmada uduzmayan Məhəmməd göstərib. Muradlı aktivinə 8 xal yazdırıb. Onun kimi Bakıya məğlubiyyətsiz qayıdan Aydın Süleymanlının hesabında 7,5 xal diqqət çəkir. Rauf keçirdiyi 7 görüşdə 4,5, cəmi 5 oyunda taxta arxasına keçən Eltac isə uduzmadan 3 xal toplayıb.

Kişilərin yarışında qalib adını meydan sahibi olan Özbəkistan qazanıb. Gümüş Hindistanın, bürünc Almaniyanın olub. Sonrakı yerlərdə ABŞ, Azərbaycan, Ermənistan, Macarıstan, Çin, Fransa və İspaniya qərarlaşıb.

Niyə medalsızlığı qabartmalı oluruq? Çünki bizdə şahmat ənənələri var. İndiyə qədər qadınlarda Gürcüstan 4, kişilərdə Ermənistan 3 dəfə çempion olmağı bacarıb. Üstəlik, başqa medallar da qazanıblar. Bir neçə ildir səhnəyə Özbəkistan və Qazaxıstan şahmatçıları da çıxıb. Biz isə yerimizdə sayırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]