Çin-ABŞ ticarət savaşından əziyyət çəkən Kanada və Avropa birləşmək qərarına gəlib. Danışıqlar uğurla başa çatarsa, Avropa İttifaqı Kanadaya tarixdə ilk dəfə “Assosiasiyalı üzv” statusu verəcək. Bu, coğrafi baxımdan Avropada olmayan bir ölkəyə verilən ilk belə status olacaq. 1. Kanada və AB vətəndaşlarının bir-birinin ərazisində daha rahat işləməsi, təhsil alması və yaşaması üçün imkanların genişləndirilməsi mümkündür. 2. Süni intellekt, müdafiə sənayesi, kritik minerallar, enerji və kosmik layihələrdə Kanadanın sanki AB ölkəsi kimi birgə iştirakı nəzərdə tutulur. 3. Kanada AB-də tam səsvermə hüququna malik olmasa da, bir sıra strateji Komissiya iclaslarında iştirak edib səs verə bilər. Beləliklə, resurslara ehtiyacı olan Avropa Çin və Şərq ölkələrindən, texnologiya və investisiyaya ehtiyacı olan Kanada isə ABŞ-dan asılılığını azaldacaq. Orxan Atabəy