Rusiya NATO-ya hücum etdi - NƏ BAŞ VERİR?
16-09-2026, 12:41

NATO Gedser şəhəri yaxınlığında, beynəlxalq sularda Rusiya freqatının Danimarka hərbi helikopterinə xəbərdarlıq atəşi (alov raketləri) açması ilə bağlı baş verən insidentə reaksiya verib.
EDnews bildirir ki, alyans baş verənləri Rusiyanın "məsuliyyətsiz hərəkəti" kimi qiymətləndirib.
NATO sözçüsü Allison Hart "Ritzau" xəbər agentliyinə göndərdiyi yazılı bəyanatda Danimarkanın baş vermiş insidentlə bağlı müttəfiqləri rəsmən məlumatlandırdığını təsdiqləyib.
"Bu, Rusiyanın müttəfiqlərini qorxutmağa yönəlmiş daha bir məsuliyyətsiz addımıdır. Lakin Rusiya buna nail ola bilməyəcək", - deyə Hart vurğulayıb.
Alyans rəsmisi əlavə edib ki, NATO öz ərazisini və hava məkanını qətiyyətlə müdafiə etməkdə, həmçinin Ukraynaya dəstək verməkdə davam edəcək.
Xatırladaq ki, təhlükəli insident Danimarkanın cənub sahillərində yerləşən Gedser şəhəri yaxınlığındakı neytral sularda qeydə alınıb. Rusiya gəmisi ərazidə uçuş həyata keçirən Danimarka Hərbi Hava Qüvvələrinə aid helikopterə qarşı siqnal/alov raketlərindən (flares) istifadə edərək təhlükəli manevr edib.

