"Forbes" Donald Trampın sərvətini açıqlayıb

16-09-2026, 11:38           
"Forbes" Donald Trampın sərvətini açıqlayıb
ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da 2024-cü il seçkisindən əvvəlki göstəricidən 2.7 milyard dollar çoxdur.

"Forbes" jurnalı xəbər verir ki, nəşrin sentyabr ayında yenilənmiş son hesablamalarına görə, Trampın sərvəti 7 milyard dollardır.

Məlumata görə, ABŞ lideri xarici şirkətlərlə sövdələşmələr və kriptovalyuta hesabına əhəmiyyətli məbləğlər qazanıb. Jurnalın qeyd etdiyi kimi, ABŞ tarixində heç kim siyasətdən bu qədər çox pul qazanmayıb.

Daha əvvəl CNBC telekanalı məlumat vermişdi ki, Trampın "Chevron", "ConocoPhillips", "Exxon Mobil", "Kinder Morgan", "Marathon Petroleum", "Occidental Petroleum", "Phillips 66", "Valero Energy" və "Williams Companies" neft-qaz şirkətlərinə yatırdığı investisiyaların dəyəri İrana qarşı hərbi əməliyyatın başlanmasından etibarən milyonlarla dollar artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]