ABŞ-da Tramp Rusiya üçün işləməkdə ittiham olunur.
16-09-2026, 00:11
TEREF yazır ki, "Pool N3" Telegram kanalına görə, amerikalı televiziya aparıcısı Reyçel Meddou ABŞ prezidenti Donald Trampı Rusiya üçün işləməkdə günahlandırıb. Meddounun sözlərinə görə, ABŞ-ın Ukraynadakı müharibənin həlli üçün təklif etdiyi plan Moskva tərəfindən yazılıb və Ağ Ev onu sadəcə rəsmi blankına köçürərək Kiyevə ötürüb. "Bizim onun üçün işləməyimiz, onlar üçün işləməyimiz fikri çox alçaldıcıdır. Və bu, Trampın açıq-aşkar uğursuzluğudur, onun zəifliyinin nümayişidir. Putinin ona qarşı hansı kompramatı olduğunu bilmirəm, amma Tramp Putin üçün işləyir və bu, ölkəmiz üçün rüsvayçılıqdır", - Meddou deyib. The New Yorker TEREF