İran bunu gözləmirdi: ABŞ-dan inanılmaz qərar

15-09-2026, 10:18           
İran bunu gözləmirdi: ABŞ-dan inanılmaz qərar
ABŞ Yaxın Şərqdə növbəti münaqişəyə birbaşa müdaxilə etmək istəmir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, söhbət İranın dəstəklədiyi husilərin Yəməndə yeni hücumlarından gedir.

Bununla yanaşı, bölgədəki ərəb diplomatlarından biri bildirib ki, ABŞ faktiki olaraq heç bir addım atmır və baş verənlərə qarşı “bir növ laqeydlik” nümayiş etdirir.

“Onlar hesab edirlər ki, İrandan başqa regiondakı heç bir münaqişəyə qoşulmaq istəmirlər. Halbuki bu, ABŞ üçün strateji uğursuzluqdur”, – deyə diplomat qeyd edib.

Husilərin hücumları ilə bağlı sualları cavablandıran ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bunları deyib:

“ABŞ milli təhlükəsizliyinin əsas maraqlarının, o cümlədən Qırmızı dənizdə gəmiçiliyin azadlığının qorunmasına diqqət yetirir. Eyni zamanda, regional təhlükəsizlik məsələlərinin idarə olunması və həllində aparıcı rolu regiondakı tərəfdaşlarına verir”.

Qeyd edək ki, daha əvvəl husilərin Qırmızı dənizin sahilində yerləşən strateji əhəmiyyətli liman şəhəri Moxanı ələ keçirdiyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]