Kral qlobal təhlükə fonunda Al sənayesinin nümayəndələri ilə görüşəcək

14-09-2026, 10:44           
Kral qlobal təhlükə fonunda Al sənayesinin nümayəndələri ilə görüşəcək
Böyük Britaniya kralı III Çarlz süni intellekt (Al) sahəsində çalışan iri texnologiya şirkətlərinin nümayəndələri ilə görüşəcək və onları texnologiyalardan bəşəriyyətin rifahı naminə istifadə etməyə çağıracaq.

Valyuta.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Görüş Şotlandiyada keçiriləcək. Tədbirə ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkətinin təsisçisi və baş direktoru Censen Huan, “Google DeepMind” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Demis Hassabis, “IonQ” şirkətinin baş direktoru Nikkolo de Masi, həmçinin Vatikanın süni intellekt məsələləri üzrə müşaviri Paolo Benanti dəvət olunub.

“Onun gözləntisi budur ki, bu müzakirələr texnologiyanın hazırlanması ilə bağlı məsuliyyəti, eləcə də yaranan imkanları daha yaxşı anlamağa kömək edəcək və texnoloji inkişafın insanlar və icmalar üçün faydaya yönəlməsini təmin etməyə imkan verəcək”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]