Putin: Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək

13-09-2026, 09:44           
Putin: Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək
Yaxın Şərqdəki vəziyyət regionda davam edən gərginliyə baxmayaraq, tezliklə sabitləşəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündə bildirib.

“Əlbəttə ki, region hazırda inkişafının çox çətin bir dövrünü yaşayır. Əminəm ki, bu gün bütün çətinliklərə baxmayaraq, vəziyyət bərpa olunacaq”, – deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün Yaxın Şərqdə ən yaxın ölkələrdən birinə çevrilib.

Putinin Əbu-Dabinin vəliəhd şahzadəsi ilə görüşü 12-13 sentyabr tarixlərində Nyu-Dehlidə keçiriləcək BRICS sammiti çərçivəsində baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]