İran Səudiyyəni İraq ərazisindən də vurdu: Neft arteriyası işini dayandırdı

12-09-2026, 10:12           
İran Səudiyyəni İraq ərazisindən də vurdu: Neft arteriyası işini dayandırdı
Səudiyyə Ərəbistanı Mədinə və Ər-Riyad yaxınlığındakı Şərq-Qərb neft boru kəmərinə edilən hücumları qətiyyətlə pisləyir.

Musavat.com xəbər verir ki, bu, Krallığın Xarici İşlər Nazirliyinin Səudiyyə Mətbuat Agentliyinin (SPA) yaydığı açıqlamasında əksini tapıb: "Şərq-Qərb boru kəmərinə İraqdan buraxılan bir neçə dron hücum edib və nəticədə itkilər olub".

Bəyanatda qeyd edilir ki, Səudiyyə rəhbərliyi İraq Baş naziri Əli əl-Zeydinin ölkəni sabitləşdirmək səylərini dəstəkləmək üçün onun xahişi ilə silahlı hücuma cavab verməmək qərarına gəlib: "Eyni zamanda Krallıq suverenliyini, milli təhlükəsizliyini və iqtisadi aktivlərini qorumaq üçün bütün tədbirləri görmək hüququnu özündə saxlayır".

Daha əvvəl Səudiyyə Ərəbistanı Energetika Nazirliyi dron hücumlarından sonra Mədinə və Ər-Riyad yaxınlığındakı hissələrdə Şərq-Qərb neft boru kəmərinin qabaqlayıcı şəkildə bağlandığını elan edib. Dronların İran tərəfindən dəstəklənən İraq şiə qrupları tərəfindən buraxıldığı güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]