ABŞ prezidentindən İranla bağlı etiraf

11-09-2026, 17:38           
ABŞ prezidentindən İranla bağlı etiraf
ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatın onun gözlədiyindən daha uzun çəkdiyini etiraf edib.
Bu barədə Texas ştatının Dallas şəhərində ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkisi ərəfəsində hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edən dövlət başçısı bildirib. Ağ Evin rəhbəri Birləşmiş Ştatların Hörmüz boğazına nəzarət etdiyi barədə iddiaları yenidən səsləndirib.

"Biz dünyanın ən güclü ordusunu yaratmışıq. Hərbçilərimizi düşündüyümdən daha uzun müddət cəlb etməli olduq, lakin İranın nüvə silahı əldə etməsinə yol verə bilmərik. Boğaza biz nəzarət edirik və mən onu Tramp boğazı adlandırıram", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]