Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib

11-09-2026, 12:24           
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
“İranın ABŞ-ın İordaniyadakı hava bazasına endirdiyi zərbələr nəticəsində ABŞ hərbi təyyarələrinə zərər dəyməyib”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “News Nation”a müsahibəsi zamanı bildirib.

"Zərər dəyməyib, heç nə də yoxdur", - Tramp deyib.

Qeyd edək ki, CBS çərşənbə axşamı İranın İordaniyadakı hava bazasına endirdiyi zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsinə zərər dəyməsi ilə bağlı məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]